Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi arasında memorandum imzalanıb

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi (BTƏƏM) arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Memoranduma əsasən, Azərbaycan ədəbiyyatının və filoloji fikrinin xarici dillərə tərcüməsi və təbliği işində daimi məsləhətləşmələr aparılacaq, Ədəbiyyat İnstitutuna daxil olan tərcümə layihələrinə BTƏƏM cəlb ediləcək. Bundan əlavə, sənəddə hər iki qurumun birgə təşkilatçılığı ilə ədəbi tədbirlərin – konfrans, festival, görüş və təqdimatların keçirilməsi, eləcə də mərkəzin “Dünya ədəbiyyatı” jurnalının nömrələrinin mütəmadi olaraq Ədəbiyyat İnstitutunun kitabxanasına çatdırılması nəzərdə tutulur.

Sənədi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və BTƏƏM-in sədri Səlim Babullaoğlu imzalayıblar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here