Əflatun Amaşov: “Həmin sənədlər saxtadır”

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov onun imzası ilə saxta jurnalist vəsiqəsinin yayılmasına münasibət bildirib.

Ə.Amaşov bildirib ki, həmin şəxslər öz maraqlarına çatmaq üçün bu addımları atırlar.

“Bunu edən şəxslər qanuni baxımdan məsuliyyət daşıyır. Bu cür halların qarşısının alınması üçün müvafiq addımlar atılacaq. Bu, peşə davranışı qaydaları baxımından da düzgün deyil. Bunu ilk növbədə cəmiyyətə açıqladıq ki, belə hallar var. Kimlərsə bu cür hallarla qarşışalarsa, bilsinlər ki, həmin sənədlər saxtadır. Burada məqsəd onlara qarşı mübarizə aparmaqdır. Saxta sənəd hazırlayan şəxslər hüquqi məsuliyyət daşımalıdır ki, belə hallar yenidən təkrarlanmasın”.

Qeyd edək ki, “Qaynar-xett.az” saytı “əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun “imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb.

AzVision.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here