Əflatun Amaşov Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə növbəti görüşü keçirilib.

BDU-dan verilən məlumata görə, dekan-dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edərək Mətbuat Şurası ilə əməkdaşlıq məsələləri, o cümlədən birgə layihələrin reallaşdırılması perspektivlərini müzakirə edib.

Əflatun Amaşov təmsil etdiyi qurum ilə Jurnalistika fakültəsi arasında uğurlu əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edərək yeni layihələrin həyata keçiriləcəyinə əminliyini ifadə edib.

Sonra Mətbuat Şurasının sədri tələbələrə “Beynəlxalq jurnalist təşkilatları” mövzusunda mühazirə oxuyub. O, informasiya vasitələrinin bugünkü durumunu, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini və vəzifələrini dəyərləndirib. Mühazirədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb və tələbələrin çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, görüşdə Jurnalistika fakültəsinin professorları – Cahangir Məmmədli və Akif Rüstəmov iştirak edib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here