RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

Əfqanıstanda 14 “taliban”çı öldürülüb

30

Koalisiya qüvvələri Əfqanıstanın Qəzni və Paktiya vilayətlərində “Taliban” hərəkatının silahlılarına qarşı hava hücumu təşkil ediblər.

“Report” xəbər verir ki, bu barədə “Khaama Press” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 14 silahlı öldürülüb və yaralanıb. Qeyd edilir ki, əfqan hərbçiləri həmçinin silahlıların 4 əldəqayırma partlayıcı qurğusunu müəyyənləşdirərək zərərsizləşdiriblər.

Daha əvvəl “taliban”çılar Əfqanıstan ordusunun generalını öldürüblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı