Əhməd Cavada həsr edilmiş kitabların təqdimatı keçiriləcək

İyunun 29-da Beynəlxalq Mətbuat Mərkəzində yazıçı-publisist Sevinc Ədalətqızının “İstiqlal abidəsi Əhməd Cavad”, “Fırtınalı ömür”, “Cavad və Şükriyyə dastanı”, “Əhməd Cavad haqqında xatirələr”, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyinə həsr etdiyi “İstiqlal eşqiylə yanan ürəklər” kitablarının təqdimat mərasimi keçiriləcək.

Müəllif bildirib ki, kitablarda Əhməd Cavadın keşməkeşli yaradıcılığı haqqında indiyədək görkəmli ziyalılar tərəfindən qələmə alınmış məqalələr, ona ithaf edilmiş şeirlər, şairin doğmalarının xatirələri yer alıb. Tədbirdə elm, təhsil, mədəniyyət xadimləri və Əhməd Cavadın nəvələri Anar və Vüsalə Axundzadələr, ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here