RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Əlçatımlı təhsil-əlçatımlı gələcək” təlim kursu

567

Əziz gənclər,
Y-PEER Azərbaycan şəbəkəsi sizi “Əlçatımlı təhsil-əlçatımlı gələcək” təlim kursunda iştiraka dəvət edir!
Təlimin əsas məqsədi inkluziv təhsillə bağlı məlumatlandırma, əlilliyi olan uşaqlarla işləyərkən, onlara olan düzgün pedeqoji yanaşma və davranışın inkişaf etdirilməsidir.
3 günlük təlim zamanı, iştirakçılar qeyri-formal təhsil metodları vasitəsilə yeni bilik və bacarıqlara yiyələnəcək və bu təcrübəni öz həmyaşıdları ilə paylaşmaq şansı əldə edəcəklər.
Dil: Azərbaycan dili
Gün: 23-25 oktyabr 2015-ci il
Vaxt : hər gün 14 :00-18 :00
Yer : Hilton Bakı Oteli

-Pedoqoji təhsil alanlar və ya pedoqoji təhsili olanlar;
-Əlilliyi olan uşaqlarla çalışarkən yeni yanaşma və bacarıqlar öyrənmək istəyən hər kəs müraciət edə bilər.

Təlimdə iştirak etmək üçün CV-lərinizi 18 oktyabr tarixinə qədər Y-PEER Azərbaycan Focal Point-i Səadət Abdullazadəyə email vasitəsilə [email protected]m ünvanına, mövzu hissəsinə “Əlçatımlı təhsil, əlçatımlı gələcək” yazaraq göndərə bilərsiniz.

Kriteriyalardan uğurla keçənlərə 20 oktyabr tarixinə qədər məlumat veriləcək. Təlimdə iştirak ödənişsizdir. İştirakçılar coffee break və sertifikatla təmin olunacaqlar.

Hər hansı bir sualınız olarsa, layihə meneceri Səadət Abdullazadəyə yaza bilərsiniz / [email protected]

Təlimçilər:
Sənubər Heydərova, sosial işçi
Eltac Zeynalov, sosial işçi

12112018_899094136810522_8041765189765354147_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı