RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.11.08 14:01

Əli Əhmədov: Bayraq xalqın qürur mənbəyi, özünütanıma və özünüifadə formasıdır

15

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Azərbaycan xalqını 9 noyabr Bayraq Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Noyabr ayının 9-da Azərbaycanda bayraq günü qeyd edilir. Bayraq dövlətin rəmzi, müstəqilliyin atributudur. Bayraq, habelə xalqın qürur mənbəyi, onun özünütanıma və özünüifadə formasıdır.

Hər bir Azərbaycan vətəndaşı dövlətimizin bayrağı ilə fəxr edir, onu sevir və uca tutur. İndi bayrağımız dünyanın müxtəlif yerlərində mötəbər məclislərdə, idman yarışlarında dalğalanır.

Bayraq günü münasibətilə hər birinizi təbrik edir, xalqımıza əmin-amanlıq, ölkəmizə daha böyük tərəqqi və yüksəliş arzulayıram”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı