RESPONSIVE LEADERBOARD AD AREA
RƏSMİ 2019.09.11 12:54

“Əli Kərimlidən başqa hamını dəvət etmişik” – Fəzail Ağamalı Pənah Hüseynin iddialarına cavab verdi

69

“Mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlidən başqa hamını bu tədbirə dəvət etmişəm”.

Dialoq.info Musavat.com-a istinadən xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi” mövzusunda dəyirmi masaya bütün siyasi partiyaların sədrlərinin dəvət olunmaması fikrinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda keçirilən tədbirə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaları dəvət ediblər: “Onların ünvanlarını və əlaqə vasitələrini tapıb, dəvət göndərdik. Təkcə Əli Kərimlini dəvət etməmişəm”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı