Əməkdar Artist Salman Qəmbərov Qafqaz Caz Festivalında uğurla çıxış edib

Xəbər verdiyimiz kimi, Gürcüstanın paytaxtı Tbilisidə Qafqaz Caz Festivalı təşkil edilib. Belə ki, beş gün davam edən festivalda ölkəmizi həmyerlimiz, tanınmış caz ifaçısı, Əməkdar Artist Salman Qəmbərov təmsil edib.

Bu barədə  məlumat verən S. Qəmbərov deyib ki, festival çərçivəsində əvvəlcə o, Tbilisi Konservatoriyasında ustad dərsləri keçib. Ustad dərslərində maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra festivalda çıxış edən sənətkar Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edib. Bir-birindən parlaq ifalar səsləndirən sənətkarın mükəmməl çıxışları alqışlarla qarşılanıb.

Qeyd edək ki, S.Qəmbərov iyunun 29-da Livanın Beyrut şəhərində təşkil ediləcək “Moorgenland festival”ında iştirak üçün dəvət alıb. Bu festivala çoxsaylı Şərq ölkələrindən tanınmış musiqiçilər qatılacaq. Festivalda çıxış edən ifaçıları “All Star Band” adlı orkestr müşayiət edəcək.

AZƏRTAC