Əməkdaşlığın yeni perspektivləri müzakirə olunub

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevlə Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cihan Özdemir arasında görüş keçirilib.

Görüşdə müəssisələr arasında əməkdaşlığın yeni perspektivləri müzakirə olunub. Azərbaycan və Türkiyə mədəniyyətinin vahid və oxşar paradiqmalardan bəhs edən rəhbərlər bu sahədə birgə fəaliyyətin istiqamətlərini müəyyən ediblər.

A.Usubəliyev və C.Özdemir qurumların iş planlarından söhbət açıb, vahid türk mədəniyyətindən, ortaq mədəni maraqlardan və 2018-ci il Azərbaycanda “Xalq Cümhuriyyəti İli” elan olunması ilə əlaqədar keçiriləcək birgə layihələrdən danışıblar.

Bildirilib ki, məqsəd hər iki ölkə gənclərinin mədəni proseslərə cəlb edilməsi, vətənpərvərlik hissinin formalaşması və “Bir millət iki dövlət” ifadəsini doğrultmaqdır.

AZRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here