Ən şən heyvan -Delfin

34 növ dəniz və 4 növ çay delfinləri mövcuddur.
Delfinlər yalnız halda yaşamırlar.Yüksək yumor və emosiyaya malikdirlər.
Qədim Yunanıstanda delfinlərin məhvi ölümlə nəticələnirdi.Belə ki,delfin Yunanıstanda müqəddəs balıq sayılırdı və onun qətl edilməsinin cəzası mütləq ölüm olardı.
Romada mumiyanın əlində delfin fiquru tapılmışdır.Belə güman edirlər ki,bu ölmüş insanın qəbir aləminə rahat keçməsi üçün imiş.
Delfinlər öz dişlərindən çənə əzələləri olmadığından yalnız yemi tutmaq üçün istifadə edirlər.
Körpə delfin nəfəsini saxlamağı anasının onu yedizdirdiyi an öyrənməlidir.
Ana delfin digər ana delfinə doğuş zamnı kömək edə bilir.Bu zaman digər delfinlər onları qorumaq üçün ətraflarında dairəvi şəkildə üzürlər.
Onların qoxu alma bacarığı yoxdur.Lakin insanlara xas olan dad bilmə qabiliyyəti vardır.Onlar da şirin və acını,soyuq və istini ayırmağı bacarırlar.
120 kq delfin gün ərzində 33 kq balıq yeyə bilir.
Bir çox vəhşi heyvanlıar insanlarla əlaqədən qaçdığı zaman vəhşi delfinlər əksinə olaraq insanlarla oynamağı xoşlayırlar.
Delfinlər insanlar kimi reflektor nəfəs ala bilmirlər.Əgər onlara ümumi narkoz verilsə,onlar sadəcə ölərlər.
Yuxu zamanı delfinlərin yalnız beyninin bir yarım kürəsi yatır ,digər hissəsi isə oyaq qalır.Bu da onlara həm daxili orqanlarının işləməsini kontrol etməyə,həm də ki,gələ biləcək təhlükəni hiss etməyə imkan yaradır.
Gənc delfinlər qayıq ətrafında və sörf lövhəsi üzərində üzməyi sevirlər.Onlar hətta balıqçılara tilovlarında balığın olması barədə xəbər də verməyi bacarırlar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here