“Ən yaxşı banner” müsabiqəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Bərpa olunan enerji mənbələrindən istifadənin təbliği” adlı layihənin icrası çərçivəsində

“Ən yaxşı banner” müsabiqəsi elan edilir.

Gənclər Fondunun 6-cı qrant müsabiqəsi çərçivəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, AZGÜNTEX günəş modulları zavodu, Azərbaycan Texniki Universiteti və 239 saylı orta məktəbin təşkilati dəstəyi ilə “Bərpa olunan enerji mənbələrindən istifadənin təbliği” adlı layihə həyata keçirilir. Layihənin əsas məqsədi bərpa olunan enerji mənbələrindən istifadəni təbliğ etmək və gənclər arasında bu sahəyə marağın artırılmasıdır. Layihə çərçivəsində ATU-da və 239 saylı orta məktəbdə seminarlar, AzGünTex günəş modulları zavoduna və Qobustan Hibrid Elektrik Stansiyası və Eksperimental Poliqonuna  ekskursiyalar təşkil olunmuşdur. Layihənin növbəti mərhələsində bərpa olunan enerji mənbələri (BOEM) mövzusunda banner müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək üçün bərpa olunan enerji mənbələri (BOEM) mövzusunda maarifləndirici banner hazırlanmalıdır. Banner BOEM ilə əlaqəli istənilən mövzunu əhatə edə bilər (ətraf mühit məsələləri, ekologiya, enerji təhlükəsizliyi, iqtisadi səmərəlilik və s.). Bannerlər elektron formada (jpeg) aşağıdakı email ünvanına göndərilməlidir. Bannerlərin qəbulu üçün son tarix 28 noyabrdır. İlk 3 yeri tutan qaliblər mükafatlandırılacaq.

Qaliblər aşağıdakı meyarlara əsasən müəyyən ediləcək:

İdeyanın orijinallığı

                   Mövzunu əhatə etmə dərəcəsi

                   Bannerin dizayn və tərtibat keyfiyyəti

Qaliblərin elanı və mükafatlandırılması mərasimi 30 noyabr tarixində Azərbaycan Texniki Universitetinin 301 saylı auditoriyasında keçiriləcəkdir.

Bannerlərin göndərilməsi və məlumat üçün [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

DSC_0030