“Ən yaxşı məqalə” və “Ən yaxşı video material” müsabiqəsi

“Ən yaxşı məqalə” və “Ən yaxşı video material” müsabiqəsində iştirak etmək istəyənlərin nəzərinə!!!

“Elektron Hökumət” Portalının (e-gov.az) operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “Mənim Elektron Hökumətim” adı altında “Ən yaxşı məqalə” və “Ən yaxşı video material” olmaqla 2 (iki) nominasiya üzrə müsabiqə elan etmişdir.

Dialoq.info xəbər verir ki, “Elektron Hökumət” Portalının, elektron xidmətlərin imkanlarını cəmiyyətə çatdırmaq və bununla bağlı rəy və təkliflərin öyrənilərək tətbiq edilməsi məqsədi daşıyan bu müsabiqə ilə əlaqədar daxil olan çoxsaylı sual və müraciətləri nəzərə alaraq Təşkilat Komitəsi maraqlanan şəxsləri 15 oktyabr saat 11:00 da MHM-nin konfrans zalında keçiirləcək açıq müzakirəyə dəvət edir.

Münsiflər heyətinin iştirakı ilə keçiriləcək bu müzakirəyə qoşulmaqla hazırlayacağınız materialın prioritet istiqamətləri, əhatə etməli olduğunuz əsas sahələr və Sizi maraqlandıran digər suallara cavab almaq imkanınız olacaq.

Müsabiqə ilə bağlı suallarınızı və düşüncələrinizi “MƏNİM ELEKTRON HÖKUMƏTİM” qrupuna ünvanlaya bilərsiniz.

https://www.facebook.com/groups/menimelektronhokumetim/?fref=ts