Ərəblər indi də Trabzondan ev və fındıq sahəsi alırlar

Son illər Qara dənizin şərq bölgəsinə axın edən ərəb turistlər Orduda daşınmaz əmlak almaqla yanaşı, ilk dəfə fındıq bağçası satın alıblar.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, körfəz ölkələrindən Türkiyəyə gələrək, son 4 ildə daha çox Ordu şəhərini ziyarət edən ərəb turistlərdən bəziləri şəhərdə daşınmaz əmlak satın alaraq yay tətillərini burada keçirirlər. Xüsusən yay aylarında şəhərə gələn turistlərin ən çox Karabüzə bağlı olan Çambaşı yaylası ilə Aybasdıya bağlı Pərşəmbə yaylasını ziyarət etdiyi bildirilir. Ərəb turistlərin daha çox Fatsa və Ünye bölgələrindən daşınmaz əmlak satın aldığı barədə xəbərlər var.

Son 3 ildə Səudiyyə Ərəbistanından gələn 79 nəfər ümumi sahəsi 13 min 643 kvadrat metr olan daşınmaz əmlak satın alıb. Bu daşınmaz əmlaklar daha çox bina evi olub. Son 3 ildə Küveyt mənşəli 2 nəfər isə 95 kvadrat metrlik daşınmaz əmlak alıb.

Daşınmaz əmlakın ardınca ilk dəfə ərəblər fındıq bağlarına da meyl salıb. Adı açıqlanmayan Səudiyyə Ərəbistan mənşəli bir nəfər Ünyenin Gölevi bölgəsindən fındıq bağçası satın alıb. Sözügedən şəxsin bu sahədən bir ev satın aldığı, evin yanında yerləşən 10 min 842 kvadrat metr sahəsi olan fındıq sahəsini də satın alaraq fındıq yetişdirəcəyi bildirilir.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here