Ərdoğan: “Ölkənin hərbi potensialını artırmaq xüsusilə vacibdir”

Türkiyə həm müdafiə sahəsində, həm də iqtisadiyyat, siyasət və diplomatiya sahəsində güclü olmalıdır. SİA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin şimalındakı Sakarya vilayətində hərbi texnikaların istehsal ediləcəyi zavodun təməlatma mərasimində çıxış edərkən deyib.

Yeni zavod son illərdə Türkiyənin müdafiə sənayesinin ən böyük investisiya layihələrindən biri olacaq. Zavod Türkiyə avtomobil sənayesinin liderlərindən biri – “BMC Otomotiv” tərəfindən tikilir.

Zavodda zirehli nəqliyyat vasitələri və lazer silahların istehsal edilməsi planlaşdırılır.

Tədbirdə çıxış edən Ərdoğan, Ankaranın düşmənləri tərəfindən nəzərdə tutulan mənfi ssenarilərə baxmayaraq Türkiyənin fəal şəkildə inkişaf etdiyini deyib: “İnvestisiyaların həcmi artır, istehsalın həcmi artır. Türkiyə həm müdafiə sahəsində, həm də iqtisadiyyat, siyasət və diplomatiya sahəsində güclü olmalıdır. Ölkənin hərbi potensialını artırmaq xüsusilə vacibdir və bu yalnız müdafiə sənayesinin aktiv inkişafı ilə mümkündür “.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here