RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.10.08 17:04

Ərdoğanın ABŞ-a səfər tarixi açıqlanıb

41

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 13-də qonağım olacaq”.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Türkiyə ilə münasibətlərə dair yeni bəyanatla çıxış edən Ağ Ev sahibi vurğulayıb ki, ABŞ-ın Türkiyənin ən böyük ticarət tərəfdaşı olduğunu bir çox insan unudur: “Türkiyə faktiki olaraq bizim “F-35” qırıcılarımızın polad konstrukiyasını düzəldir. Onlar Suriyanın İdlib əyalətində çoxlu sayda insanın həyatı xilas edilərək geri qayıdıblar. Mənim xahişimlə rahib Branson uzunmüddətli həbsdən azad edilib. Eləcə də bunun da yadda saxlamaq vacibdir ki, Türkiyə NATO-nun çox yaxşı nüfuza malik üzvüdür”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı