Əskişəhərdə “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konqresi keçiriləcək

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində mayın 26-27-də Əskişəhərdə Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konqresi keçiriləcək.

Əskişəhər Azərbaycanlılar Dərnəyi, Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜDAM) və Azərbaycan İnsan Kapitalı İnkişafı Mərkəzinin (INDEX) təşkilatçılığı ilə reallaşacaq konqresdə, Azərbaycanın yerli, regional, milli və beynəlxalq səviyyədə mövqeyi dəyərləndiriləcək.

Elmi səviyyəli bu konqres, Azərbaycanın keçmişinə və gələcəyinə mühüm qeydlər əlavə etməklə yanaşı, keyfiyyət baxımından alimlərin işlərinə və araşdırmalarına yüksək səviyyədə töhfə verməyi də qarşısına məqsəd qoyub.

Konqresə “Tarixi və coğrafi baxımdan Azərbaycan”, “Azərbaycanın inzibati və siyasi quruluşu”, “Azərbaycanın iqtisadi quruluşu”, “Azərbaycanın sosial və mədəni quruluşu”, “Azərbaycan təhsili və səhiyyəsi”, “Azərbaycan və türk dünyası”, “Azərbaycan-Türkiyə münasibətləri” və “Beynəlxalq aləmdə Azərbaycan” mövzularında məqalələr qəbul edilir. Məqalələr elmi, məxsusi, heç yerdə təqdim olunmamış və dərc edilməmiş olmalıdır. Konqresə təqdim ediləcək məqalələrin xülasəsi martın 5-dək [email protected] elektron ünvanına göndərilməlidir. Xülasələri qəbul edilmiş məqalələrin tam mətni isə aprelin 15-dək göndərilməlidir. Hər bir iştirakçı yalnız bir məqalə ilə qatıla bilər. Məqalələr Azərbaycan, türk və ingilis dillərində yazıla bilər.

Beynəlxalq miqyasda keçiriləcək “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konqresində təqdim olunacaq məqalələrin kitab halında buraxılması planlaşdırılır.

Konqres haqqında daha ətraflı məlumatı bu linkdən əldə etmək olar: http://azerbaycan2018.org/tr/

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here