RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Əsrlərdən miras qalmış incəsənətimiz!” adlı sərgi

475

Əziz Gənclər!

Sizi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Müasir İncəsənət Mərkəzində həyata keçiriləcək “Əsrlərdən miras qalmış incəsənətimiz!” adlı sərgiyə dəvət edirik.

Sərgi İstedadlı gənclərin inkişafına dəstək olmaq, dekorativ-tətbiqi sənətə gənclərin və ictimaiyyətin marağını artırmaq və bu sənət üsulu vasitəsilə milli dəyərlərimizi gənclər arasında təbliğ etmək məqsədilə həyata keçirilir.

Sərgidə Azərbaycanın qədim incəsənət nümunələri və həmçinin müasir incəsənət növləri ilə də tanış ola bilərsiniz. Sərgidə Filoqrafiya, quilling, xalçaçılıq, şəbəkə, taxta oyma, daş üzərində oyma, dekorativ əl işləri və s. sərgilənəcək.

Açılış 01 iyul 2015-ci il saat 18:00-da baş tutacaq. Sərgi 2 gün davam edəcək. Hər birinizi sərgi ilə yaxından tanış
olmağa dəvət edirik.

Giriş sərbəstdir.

Ünvar: Müasir İncəsənət Mərkəzi (İçəri Şəhər, Qüllə küçəsi 15)

Layihə rəhbəri, Şəfiqə Əhmədova

Əlaqə nömrəsi: 0553750052

E-mail: [email protected]

17997_402435179941578_4399494414832525038_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı