“Ətraf mühitin qorunmasında könüllülük fəaliyyətinin artırılması” layihəsi uğurla yekulaşıb

“Tərəqqi” Gəncliyin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirdiyi “Ətraf mühitin qorunmasında könüllülük fəaliyyətinin artırılması” layihəsi çərçivəsində növbəti təlimini Masallı rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayonun Musaküçə kəndində təşkil edib.
Təlimdə Musaküçə kəndinin gəncləri iştirak edirib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Raci Səfərov öncə layihə və onun məqsədləri, layihənin donoru və təşkilat haqqında, daha sonra ətraf mühit və könüllülük  mövzusuna giriş edərək bu sahədə görülən işlər haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.
Təlimi beynəxalq dərəcəli təlimçi Rafət Şirəliyev idarə edib.Təlimdə fəal iştirak edən gənclər könülllülük hərəkatının fəaliyyətini müsbət qiymətləndiriblər.
Bununla da “Ətraf mühitin qorunmasında könüllülük fəaliyyətinin artırılması” layihəsinə yekun vurulub. Qeyd edək ki, bu təlimə qədər Masallı şəhəri, Ərkivan qəsəbəsi, Qəriblər, Bədəlan, Dəmirçi, Cayqıraq və Kolatan kəndlərinin gənclərin iştriaki ilə ümumilikdə beş təlim keçirilib. Təlim zamanı 125 nəfər gənc iştirak edib və şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd gənclərin ətraf mühitin qorunmasında gənclərin könüllülük fəaliyyətinin inkişafına töhfə verməkdən ibarətdir.