RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

15-ci müsabiqənin ilkin mərhələsinin cavabları məlum oldu

953

Mayın 8-də prokurorluq orqanlarında vakant olan 100 ştat vahidinin layiqli gənc kadrlarla komplektləşdirilməsi məqsədilə Baş Prokurorluq tərəfindən 15-ci müsabiqənin ilkin mərhələsi olan test imtahanı keçirilib.

Baş Prokurorluğun Müsabiqə Komissiyası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birlikdə imtahanın aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilməsi üçün bütün zəruri tədbirləri təmin edib.

Prokurorluq orqanlarında işləmək arzusunda olan gənc hüquqşünasların iştirakı ilə saat 10:00-dan başlayaraq 3 saat ərzində vahid auditoriyada – Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən imtahanı dövlət qurumlarının nümayəndələri ilə yanaşı, qeyri-hökumət və beynəlxalq təşkilatların, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri müşahidə ediblər.

İmtahan başa çatdıqdan sonra namizədlərin cavab kartları TQDK-da yoxlanılmış və müsabiqənin ikinci mərhələsi – yazılı imtahanda 38 namizədin iştirak etmək hüququ qazandığı müəyyən edilib.

Nəticələr TQDK-nın (www.tqdk.gov.az) və Baş Prokurorluğun (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) internet saytlarında yerləşdirilib.

İmtahanda uğurlu nəticə əldə etmiş namizədlərin diqqətinə çatdırılır ki, yazılı imtahanın keçiriləcəyi yer və vaxt barədə kütləvi informasiya vasitələrində və Baş Prokurorluğun internet saytında əlavə məlumat veriləcək.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat almaq üçün 492-62-23, 492-63-62, 437-28-56 və 492-74-32 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı