16 ölkədən 60 rəssamın…

16 ölkədən 60 rəssamın…

Heydər Əliyev Mərkəzində “Kukla incəsənətdə” sərgisi nümayiş olunur.

qhtxeber.az bu barədə Heydər Əliyev Mərkəzinin rəsmi “facebook” səhifəsinə istinadən məlumat verir.

Sərgidə məşhur nağıl, film, bədii əsər qəhrəmanları, xalq tamaşaları və milli bayramların personajları, orta əsrlərin zadəganları, kino ulduzları, İçərişəhərin tarixi tipajları, Azərbaycanın müxtəlif bölgələrinin geyim ənənəsini əks etdirən obrazlar nümayiş olunur.

Ekspozisiyada 230 kukla təqdim olunur. Bu əsərlər 16 ölkədən olan 60 kuklaçı-rəssamın əl işləridir.