16 saylı cəzaçəkmə müəssisəsindən 17 nəfər azadlığa buraxılıb

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində icra olunub. Müssisədə keçirilən tədbirdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə-polkovniki Məhərrəm Qafarov, 16 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə-polkovnik leytenantı Şahin Həsənov və Ədliyyə Nazirliyinin nümayəndəsi iştirak edib.

M.Qafarov əfv edilən şəxslərə gələcək həyatlarında uğurlar arzulayıb.

Daha sonra cəzaçəkmə müəssisəsindən 17 nəfər azadlığa buraxılıb.

Həmçinin 16 saylı cəzaçəkmə müəssisəsindən 5 əcnəbi də azadlığa çıxıb. Bunlar Kamerun Respublikasının vətəndaşı Hongla Samuel, Türkiyə Respublikasının vətəndaşları – Mərt Küçük, Bayram Akyel, Əfqanıstan İslam Respublikasının vətəndaşı Sediqi Khvaja Shekib və Banqladeş Xalq Respublikasının vətəndaşı Uddin Mohammad Baharundur.

Bundan başqa, Nardaran hadisələrinə görə həns edilən Hilal Cannarov, Əliağa Qasımov, Ələkbər Qurbanov və “hicab aksiyası”nda həbs olunan David Kərimov da azadlığa buraxılıblar.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 634 nəfərə şamil ediləcək.

SİA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here