2-ci AZƏRBAYCAN-BELARUS BEYNƏLXALQ MÜSABİQƏSİ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu müxtəlif ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla beynəlxalq əlaqələrini genişləndirir və birgə qrant  müsabiqələri təşkil edərək keçirir. Elmin İnkişafı Fondu (EİF) ilə Belarus Milli Elmlər Akademiyası (BMEA) və Belarus Respublika  Fundamental Tədqiqatlar Fondu (BRFTF) arasında 2012-ci il 28 sentyabr tarixində Minsk şəhərində  imzalanmış əməkdaşlıq haqqında beynəlxalq Sazişə əsasən 2012-ci il 28 dekabr tarixində 1-ci  Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsi elan edilmiş, 2013-cü il 6 iyun tarixində  nəticələr açıqlanmış və 7 qalib layihə müəyyənləşdirilmişdir. 1 ci müsabiqənin uğurları və ötən bir  il ərzində əldə edilmiş nəticələr növbəti birgə qrant müsabiqəsinin keçirilməsi üçün zəmin
yaratmışdır. EİF və BRFTF tərəfindən təşkil olunmuş Birgə müsabiqə komissiyasının 2014- cü il 20 oktyabr  tarixində Bakı şəhərində keçirilmiş iclasında növbəti müsabiqənin şərtləri və prioritetləri  müzakirə olunmuş, 2-ci müsabiqənin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan və Belarus alimlərindən ibarət müvəqqəti yaradılmış yaradıcı kollektivlərin birgə yerinə  yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olanelmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini (bundan sonra – layihələr) dəstəkləmək,  beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün  əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə Elmin İnkişafı Fondu, cari müsabiqənin razılaşdırılmış  elmi prioritetlərinə uyğun olaraq, 2- ci Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsini

(EİF-BGM-3-BRFTF-2- 2014/2015) aşağıdakı şərtlər daxilində

eif_musabiqe_elan_AzBel-2