RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“2015 Azərbaycan Biznes Keys” yarışmanın təqdimat mərasimi keçiriləcək

477

23 sentyabr saat 11:00 Azərbaycan Dövlət İqtisad Universitetinin əsas korpusunun Böyük akt zalında “2015 Azərbaycan Biznes Keys” yarışmanın təqdimat mərasimi baş tutacaq.
Təqdimatda tələbələr yarışma haqqında tam məlumat alıb öz suallarını keçən ilin qalib komandasına verə biləcəklər.
Xatırladaq ki, Azərbaycan Biznes Keys Yarışması universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən ən prestijli biznes yarışmasıdır. Yarışmanın şərtlərinə uyğun olaraq birinci yerin qaliblərinə 6.000 AZN, ikinci yerin qaliblərinə 3.000 AZN, üçüncü yerin qaliblərinə isə 1.500 AZN pul mükafatı verilir. Bu ilki yarışmanın sponsorları British American Tobacco, Paşa Bank, Azercell, BP, Exxon Mobil, P&G, SOCAR AQŞ, Deloitte, EY, akademik partnyoru isə ADA Universiteti olacaq.
Yarışmada yalnız bakalavr pilləsinin 3-cü və 4-cü kurs və magistr tələbələrindən ibarət 4 nəfərlik komandalar iştirak edə bilər. Yarışma ingilis dilində keçirilir.

11986385_10207256451785510_8932487468236301013_n

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı