2016-cı il üçün “İlin fotoqrafı” seçiləcək

2016-cı il üçün “İlin fotoqrafı” seçiləcək

Yanvarın 14-də Azərbaycan Fotoqraflar Birliyində “İlin fotoqrafı-2016”nın təqdimat mərasimi keçiriləcək.
Tədbir Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində təşkil ediləcək.
Tədbirdə Azərbaycan fotoqrafiya sənətində 2016-ci ilin yekunları elan ediləcək və 22 nominasiya üzrə mükafatlar təqdim olunacaq. Həmçinin Orxan Aslanovun “My Azerbaijan” fotosərgisi nümayiş ediləcək.
Qeyd edək ki, Azərbaycan Fotoqraflar Birliyi tərəfindən 1999-cu ildən bugünədək ənənəvi ilin yekun tədbiri olan “İlin fotoqrafı” mükafatlandırma mərasimi keçirilir.