2017-ci il üçün ilin fəsillərinin gəlmə vaxtı müəyyənləşib

Azərbaycanda 2017-ci il üçün ilin fəsillərinin gəlmə vaxtı açıqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasından bildiriblər ki, yaz fəslinin ölkəmizə gəlişi martın 20-də Bakı vaxtı ilə saat 14:28-ə təsadüf edəcək.

Yay iyunun 21-i Bakı vaxtı ilə saat 08:24-də, payız sentyabrın 22-si Bakı vaxtı ilə saat 00:02-də, qış fəsli isə dekabrın 21-i Bakı vaxtı ilə saat 20:28-də başlanacaq.