2017-cı ildə intellektual oyunlar mövsümünə son qoyulub

Azərbaycan İntellektual Oyunlar Federasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə VI Azərbaycan Çempionatı təşkil olunub.
Azərbaycan intellektual oyunlar hərəkatının peşəkarlarından ibarət 26 komanda ölkə çempionu adı uğrunda mübarizə aparıb.
Toğrul Qurbanov, Sadiq Yusifi və Tərlan Əsədlinin redaktorluğu ilə hazırlanan 60 sualdan ibarət olan çempionat gərgin mübarizə ilə yadda qalıb. Dörd turun yekununda “Diplomat” komandası rəqibləri qabaqlayaraq Azərbaycan çempionu adını qazanıb. “Vendetta” komandası ikinci, “Revolver” komandası isə üçüncü yeri tutub.
Qeyd edək ki, “Nə? Harada? Nə zaman?” üzrə VI Azərbaycan Çempionatının keçirilməsi ilə ölkədə 2017-cı ildə intellektual oyunlar mövsümünə son qoyulub.
Qaliblər kubok, medal, diplom və hədiyyələrlə mükafatlandırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here