“2018-2025-ci illər” üzrə qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı qəbul olunacaq

Bu yaxınlarda “2018-2025-ci illər” üzrə qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı qəbul olunacaq. Hazırda qida təhlükəsiziliyi ilə bağlı qanun üzərində işlər gedir.

Bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, həmin proqrama əsasən Azərbaycanda qida təhlükəsizliyi üzrə Strateji Yol Xəritəsi müəyyənləşdiriləcək. Həmin sənəddə mediaya da önəmli yer veriləcək.

Küçələrdə, yol kənarlarında səhər saatlarında iri və xırda buynuzlu heyvanların kəsimi məsələsinə toxunan Q.Təhməzli deyib ki, buna ciddi nəzarət həyata keçirilməlidir: “Bəzi insanlar elə düşünürlər ki, hansısa heyvanın göz önündə kəsilməsi onun sağlamlığından xəbər verir. Bu, tamamilə yanlış düşüncədir. Heyvan mənşəli qidalar üçün mütləq şəkildə ekspertiza rəyi lazımdır. Yaxın gələcəkdə tez xarab olan məhsulların çatdırılması və qidalanma, eləcə də digər vacib məsələlərlə bağlı standartlar müəyyənləşdiriləcək”.

Agentliyin sədri əlavə edib ki, istehsal müəssisələri qida təhlükəsizliyi üzrə qeydiyyatından keçəcək, onlar üçün standartlar müəyyənləşəcək. “Onlar sadəcə ixrac etdikləri məhsulların qida təhlükəsizliyi sertifikatlarını alacaq, idxalçı dövlətlərin tələblərinə uyğun müvafiq sertifikatlarla təmin olunacaqlar”,- deyə Q.Təhməzli vurğulayıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here