RESPONSIVE LEADERBOARD AD AREA
İQTİSADİYYAT 2019.08.06 12:40

3 minə yaxın iş yeri açılacaq

62

“Sənaye parklarında və məhəllələrində 11 mindən çox iş yeri açılıb və daha 3 minə yaxın iş yerinin açılması nəzərdə tutulur”.

Bu sözləri Azərtac-a müsahibəsində İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, sənaye parklarında 10 yeni rezident istehsala başlayacaq:

“Sənayedə yeni modellərin tətbiqi, sənaye parkları və məhəllələri, aqroparklar kimi mütərəqqi mexanizmlər innovativ müəssisələrin yaradılmasına, ixracyönümlü məhsulların istehsalının genişləndirilməsinə böyük imkanlar açır. Qeyd edək ki, hazırda Azərbaycanda 5 sənaye parkı – Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları fəaliyyət göstərir. İndiyədək sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezident istehsala başlayacaq.

İndiyədək sənaye parklarında 1,5 milyard manatlıq məhsul istehsal edilib. Bu məhsulların 300 milyon manatlıq hissəsi xarici ölkələrə ixrac olunub. Sevindirici haldır ki, bu günlərdə Balaxanı Sənaye Parkının rezidenti istehsal etdiyi mebel məhsullarının ABŞ-a ixracına başlayıb”.

Şahin Mustafayevin sözlərinə görə, 51 aqroparkın yaradılması nəzərdə tutulub:

“Aqroparkların yaradılması istiqamətində tədbirlər görülür ki, bu da regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunması ilə yanaşı, ixracyönümlü məhsulların istehsalında əhəmiyyətli rol oynayır. Ölkəmizdə 51 aqroparkın yaradılması ilə bağlı ciddi addımlar atılır. Artıq 22 aqropark fəaliyyətdədir, bu ilin sonuna qədər 11 aqroparkın fəaliyyətə başlaması gözlənilir. Bu layihələrin icrası nəticəsində 4 mindən çox yeni iş yerinin yaradılması proqnozlaşdırılır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı