RESPONSIVE LEADERBOARD AD AREA
BAXIŞ BUCAĞI 2019.10.02 10:03

3 oktyabr Dünya Türklərinin Həmrəylik Günüdür

237

Sabah – 3 oktyabr tarixi Türk Dövlətlərinin Birliyi, başqa adla desək Dünya Türklərinin Həmrəylik Günüdür. 10 il bundan əvvəl, 2009-cu ildə Naxçıvanda türk dövlət başçıları 3 oktyabr tarixində həm Türk Şurasının (Türk Konseyinin – Türk Keneşinin) yaradılmasını, həm də Türk Dövlətlərinin Birliyi Gününün qeyd edilməsini razılaşdırdılar.

Qeyd edim ki, biz – Müasir İnkişaf İctimai Birliyi olaraq 2006-cı ildən Dünya Türklərinin Həmrəylik Gününün qeyd olunması üçün kampaniya aparırdıq. Bu barədə Ankarada Türk Ocakları Genel Merkezində Türk Yurdu Dergisinin Azərbaycan təmsilçisi Halil Öztürk vasitəsilə xəbər tutanda prosesə dəstək verildi. Məsələ Türk Ocaqları təşkilatının o zamankı genel sekreteri, hazırda Türk Ocaqları Egitim ve Kültür Vakfının başqanı Orhan Kavuncu hocamızın dəstəyilə Türkiyədə gündəmə gətirldi. Türkiyədəki ziyalıların və ictimaiyyətin dəstəyilə Dünya Türklərinin Həmrəylik Günü ideyası 2009-cu ildə başqa adla – Türk Dövlətlərinin Birliyi Günü adıyla həyata vəsiqə qazandı. O zaman da demişdik ki, adın, hansı tarixdə olmasının bizim üçün əhəmiyyəti yoxdur. Əsas olan bu prosesin reallaşmasıdır. Nəticədə ideya həyata keçdi. Belə bir önəmli günün baş tutması böyük hadisədir. Hər birimizi bu gün münasibətilə təbrik edirəm və sabahkı tədbirimizdə də baş verənlərlə bağlı daha ətraflı şəkildə fikirlərimizi sizlərlə bölüşəcəyik.

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı