“Xalq Bank”-da vakansiya

“Xalq Bank” İnformasiya texnologiyaları idarəsinin şəbəkə infrastrukturu şöbəsinin bankomat və POS terminallarla iş üzrə stajçı mütəxəssisi, kiçik mütəxəssisi, mütəxəssisi, aparıcı mütəxəssisi, böyük mütəxəssisi, baş mütəxəssisi vəzifələrinə işə qəbul elan edib. Dialoq.info-un banka istinadən yaydığı məlumata görə, namizədlər ali magistr təhsilli olmalı (texniki ixtisaslara üstünlük verilə bilər), hərbi xidməti bitirmiş və yaxud hərbi xidmətdən zöhlət hüquqlu olmalı (oğlanlar üçün), Azərbaycan dilini mükəmməl səviyyədə bilməli (rus və ingilis dillərini bilmək arzuolunandır), TCP/İP və OSİ modelleri, marşrutlaşdırma, kommutasiya və şəbəkə təhlükəsizliyi prinsipləri, Korporativ infrastruktur, o cümlədən, şəbəkəyə qoşulma, İnternet rabitəsi, elektron poçtla əlaqəli məsələlər, korporativ qlobal şəbəkənin idarə olunması ilə bağlı məsələlər barədə məlumatlı olmalıdır. Cisco sertifikatların mövcudluğu (CCENT və ya CCNA arzuolunandır), sürücülük vəsiqəsi tələb olunur, xüsusi bank avadanlıqları, o cümlədən, bankomat və POS-terminallarla, Cisco istehsalı olan marşrutizator və kommutatorlarla iş təcrübəsi arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:
– Bankomatlarla iş, Wincor, NCR tipli bankomatların texniki təminatı;
– Avadanlıqlarda olan nasazlıqların aradan qaldırılması;
– Modul və periferik avadanlıqların profilaktikası və dəyişdirilməsi;
– Mütəmadi olaraq sistem və şəbəkə elementlərinin fəaliyyətinə nəzarət edilməsi;
– İnfrastruktur təhlükəsizliyinə və prinsiplərinə əməl edilməsi.

Əmək haqqı vəzifədən asılı olaraq 1280 manatdan 2980 manata qədərdir. İş vaxtı həftənin 5 günü, saat 09:00-dan 18:00-a qədərdir.
Maraqlananlar öz CV-lərini [email protected] electron poçt ünvanına göndərə bilərlər. Məktubun mövzu yerində vakansiyanın adı mütləq qeyd olunmalıdır.