RESPONSIVE LEADERBOARD AD AREA
KRİMİNAL 2019.08.14

340 min manat oğurladı, mərc oyununda uduzdu

46

Bərdə sakini oğurladığı pulları mərc oyununda uduzub.

Rayon Polis Şöbəsindən Oxu.Az-ın bölgə müxbirinə verilən məlumata görə, tikinti materiallarının satışı mərkəzindən 340 min manat vəsait mənimsənilib.

Aparılmış istintaq əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, pulları mağazada xəzinədar işləyən rayon sakini Xəyyam Əliyev götürüb.

Polis əməkdaşları hadisədən sonra gizlənmiş X.Əliyevin yerini müəyyən edərək saxlayıb. O, törətdiyi əməli etiraf edərək, pulları bir il ərzində mənimsədiyini, məbləği müxtəlif dövrlərdə mərc oyununda uduzduğunu bildirib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı