42 yaşlı azərbaycanlı Amerikanı yenidən heyran qoydu

Hal-hazırda ABŞ-ın Las-Veqas şəhərində yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzov amerikalıları bir daha heyran edib.

BAKU.WS xəbər verir ki, NBC telekanalında nümayiş olunan “America’s Got Talent: The Champions” teleşousunda çıxış edib.

Səhnəyə çıxan 42 yaşlı soydaşımız nümayiş etdirdiyi nömrələrlə münsiflər heyəti ilə yanaşı, milyonlarla tamaşaçını şoka salıb.

Xatırladaq ki, ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində yaşayan Ü.Novruzov 2015-ci ildə qatıldığı “America’s Got Talent” yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir.

Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here