RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi yekunlaşmaq üzrədir

365

03-20 dekabr 2015 –ci il tarixlərində layihəyə cəlb olunan 30 nəfər gənc  iştirakçıya təcrübəli təlimçilər Həmid İslamov və Xalid Səlimov tərəfindən şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçirilib.

Təlimlərin sonunda  iştirakçıların öyrəndiklərini yoxlamaq məqsədilə imtahan təşkil olundu. Eyni zamanda iştirakçılar ilk dəfə olaraq təlim avtomobillərini idarə etməyə cəhd göstərdilər. Layihənin sonunda layihədə iştirak edən 30 nəfərə şəhadətnamə və diplom təqdim olunacaq.

Məlumat üçün bildirək ki, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, “IB Club” Gənclərin İnkişaf  Mərkəzinin dəstəyi və ‘Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı  layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

received_10153803568218684 received_10153803568223684 received_10153803568148684 received_10153803568163684 received_10153803568178684 received_10153803568168684 received_10153803568103684 received_10153803567958684 received_10153803597458684 received_10153803597468684 received_10153803597463684

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı