
Gədəbəy rayonunda iri və xırdabuynuzlu mal-qaranın sayı artaraq 301 min 887 başa çatıb.
Rayon Statistika İdarəsi bildirilib ki, hazırda Gədəbəydə 49 min 186 baş iribuynuzlu mal-qara, 252 min 701 baş qoyun-keçi bəslənilir.
Cari ilin ötən dövründə rayon üzrə ət istehsalı (diri çəkidə) 5,2 min ton, süd istehsalı isə 37,4 min ton təşkil edib.
AZƏRTAC