“Azərxalça” ASC-nin Ağstafa filialı istifadəyə hazırdır

“Azərxalça” ASC-nin Ağstafa filialında tikinti işləri yekunlaşıb.

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bir mərtəbəli və ümumi sahəsi 1246 kvadrat metr olan binanın inşaat işləri tam başa çatıb. Fabrikdə hazırda son tamamlama işləri aparılır. 465,6 kvadrat metr sahəsi olan toxuculuq zalında iş prosesi üçün ən yüksək şərait yaradılıb. Toxucuların səmərəli fəaliyyət göstərmələri üçün hər bir amilin nəzərə alındığı geniş zalda ən müasir avadanlıqlar quraşdırılıb. Hazırda burada işə qəbul olunmuş 60 nəfərədək toxucu qadın müxtəlif növ xalça nümunələri üzərində işləyərək müvafiq təcrübə toplayırlar. Fabrik tam fəaliyyətə düşdükdən sonra isə toxucuların sayı 150 nəfər təşkil edəcək. Fabrik binasında həmçinin gələcəkdə istehsal olunacaq xalçaların satışı üçün də müvafiq otaq yaradılıb. Müəssisənin həyətyanı ərazisində də abadlıq-quruculuq işləri aparılıb. Belə ki, binanın ətrafı dekorativ hasara alınıb, yerə müasir tipli döşəmə daşı vurulub, dekorativ yaşıllıqlar salınıb.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here