Sahibkarlar Küveytdə keçiriləcək ticarət sərgisinə dəvət olunurlar

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr Küveyt şəhərində keçiriləcək ticarət sərgisinə dəvət olunurlar.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, gələn il fevralın 6-da Küveytdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin ticarət sərgisi təşkil olunacaq. Fevralın 10-dək davam edəcək sərgi Küveytin Ticarət və Sənaye Nazirliyi və Ticarətin İnkişafı üzrə İslam Mərkəzinin (TİİM) təşkilatçılığı ilə keçiriləcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here