RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

700 bal toplayan Kamran xaricdə oxumağı düşünmür

527

“700 bal yığacağıma tam əmin idim. Amma imtahan verdikdən sonra içimdə şübhələr var idi ki, kodlaşdırmada səhv etmişəm. Məktəbə gəldim və sualları müəllimlərə yoxladıqdan sonra ürəyim sakitləşdi”.

Bunu ANS PRESS – ə açıqlamasında Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyinin məzunu Kamran Abdulrəhimov bildirib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının III ixtisas qrupu üzrə keçirdiyi imtahanda 700 bal toplayan 3 abituriyentdən biri də Kamrandır.

1997-ci ildə Kürdəmir rayonunda anadan olan Kamran rayonun orta məktəbində 7-ci sinifə qədər oxuduqdan sonra , 10-cu sinifə kimi Ağdaş Türk Liseyində, 11 – ci sinfi isə Türkiyə Dəyanət Vəqfi – Bakı Türk Liseyində oxuyub. Özündən başqa 2 bacısı olan Kamranın bacıları da müxtəlif vaxtlarda yüksək balla univeristetə daxil olublar.

“Sınaqlarda maksimum 696 bal toplamışam. Sinif yoldaşlarımın da əksəriyyəti 600 baldan yuxarı nəticə göstərib və litseydən bu ilki imtahanlarda 4 nəfər 700 bal toplayıb”. Onun sözlərinə görə, fənlər üzrə ancaq məktəb müəllimləri ilə məşğul olub.

İmtahanda maksimum nəticə göstərən gənc hələlik xaricdə təhsil almağı düşünmür. Üzünə ixtisası üzrə bütün universitelərin qapıları açıq olsa da, o Bakı Dövlət Univeristetinin hüquq fakültəsində təhsil almağı planlaşdırır.

İmtahandan sonra ona və valideyinlərinə saysız hesabsız təbriklər gəldiyini deyən Kamran bu uğuru valideyinlərinə yaşatdığına üçün özünü çox xoşbəxt sayır.

Tələbə Qəbulu üzrə dövlət Komissiyası II və III ixtisas qrupları üzrə imtahan nəticələrinə görə 6 nəfər 700 bal toplayıb.

İmtahanda iştirak etmək üçün sənəd vermiş 29 590 (15841 nəfər II qrup üzrə, 13749 nəfər III qrup üzrə) abituriyentdən 971 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 28 619 abituriyentdən 12 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İxtisas seçimi bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı