RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

700 balı yığdılar, bəs sonra? – Müsahibə

1.6K

Qəbul imtahanları test sisteminə keçdikdən sonra maxsimum nəticəni yalnız 15 il sonra, yəni  2007-ci ildə 3 nəfər (Emin Abbasov, Cavid Mustafayev, Nərgiz İsmayılbəyli) toplamışdı. Daha sonra hər il rekord nəticə qırılır, “700 bal” zirvəsi fəth olunur. Bu zaman bütün fatehlər diqqət mərkəzində olurlar, bəs sonra?

Bu haqda kiçik araşdırma apararaq onlarla maraqlandıq. Bir çoxları ilə əlaqə saxlamaq bir az çətin idi. Çünki onların bir qismi xarici universitetlərdə təhsil alır, bir qismi hərbi xidmətdədirlər.

Bu tələbələrimizdən biri də 2010-cu ildə keçirilmiş test imtahanlarında iştirak etmiş Esmira Bəxşəliyevadır.

Qısa məlumat üçün qeyd edək ki, Esmira 2010-cu ildə oxuduğu 72 nömrəli məktəb-liseyi fərqlənmə attestatı ilə bitirərək, ali məktəbə qəbul olunmaq üçün sənədlərini IV ixtisas qrupuna verib və bütün suallara düzgün cavab yazaraq 700 bal toplayıb. Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisası üzrə qəbul olunub.

Esmira ilə söhbətimiz virtual oldu, çünki o, hal-hazırda Almaniyada Humboldt – Frei Universiteti nəzdində formalaşmış  Berlin Charite Tibb Universitetində oxuyur.

Müsahibimiz təhsilini bitirdikdən sonrakı planlarını belə qeyd etdi:

  • “Mən təhsilimi bitirib qayıtmağı düşünürəm, çünki Azərbaycanda xaricdə təhsil almış kadrlara ehtiyac var. Digər tərəfdən isə düşünürəm ki, təqribi 10 ildən sonra (mənim təhsilimin tam bitməyinə hələ çox var, məlumdur- tibb təhslidir.) istədiyim işi Azərbaycanda işləyəcəm. Həmçinin ailəm Azərbaycandadır onlardan uzaq yaşamaq istəmirəm”.

Niyə təhsilinizi xaricdə davam etdirisiniz? Hal-hazırda gənclərin əksəriyyəti xarici təhsil haqqında düşünürlər. Sizcə, bunun səbəbi nədir?

  • “Xaricdə oxumaq istəyən çoxdur, çünki həm Avropa ölkələrində və ya Amerikada təhsil səviyyəsi daha güclüdür, həm də xaricdə təhsil almaq istəyi təkcə Azərbaycanlı tələbələrə aid deyil. Bütün ölkələrin tələbələri xaricdə təhsil almaq istəyirlər. Yəni sırf öz ölkəsinin təhsili aşağıdır deyə də başa düşülməməlidir. Mən öz tanıdıqlarımdan deyə bilərəm ki, almaniyalı tələbələrdə hansısa ölkələrə praktika və ya bir neçə smestr oxumağa gedirlər. Yəni tərcümeyi-halının zənginliyi təcrübənin çoxluğundan xəbər verir və bununlada öz ölkənə qayıdanda iş tapmaq şansın çox olur”.

Uğur qazanmaq və əsl mütəxəssis kimi formalaşmaq üçün xaricdə təhsil vacibdir?

  • Vacibdir (qısa və konkret)

Tələbələrə və abituriyentlərə hansı uğur qazanmaq üçün hansı tövsiyyələrinizi  verə bilərsiniz?

  • “Təkcə bu uğuru (700 bal toplamaq və ya tələbə adı qazanmaq) yox, ümumiyyətlə uğur qazanmaq üçün çox çalışmaq lazımdır. Qarşıya kiçik məqsədlərdən ibarət böyük məqsəd qoymaq lazımdır. Sonra asta-asta ona doğru getmək lazımdır. Arada geriyə dönüb gəldiyin yola baxmalısan, bunlar öz uğurlarına baxıb həzz almaq, arxayınlaşmaq üçün deyil, yeni addımlara motivasiya üçün lazımdır. Çətinliklər çox olur, ruhdan düşməmək və hər şeydə bir xeyirin olmasına inanmaq lazımdır. Bütün bunları etmək üçün ailənin və ətraf çevrənin də dəstəyinə çox ehtiyac var. Tək olmamalısan”.

İmtahanlara hazırlaşan Esmira bütün tələbələrə və tələbə adını qazanmaq istəyənlərə uğurlar arzuladı.

 

Ətayə Qocalı

Dialoq.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı