8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgisi

10 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 8-ci Azərbaycan Beynəlxalq “Təhsil” və 8-ci Azərbaycan Beynəlxalq “Karyera” sərgiləri öz işinə başlayacaq.

İxtisaslaşdığı sahə üzrə unikal tədbirlərdən biri sayılan “Karyera” sərgisi müstəsna olaraq yerli məzunlar üçün nəzərdə tutulmuşdur və onlara məşğulluq imkanları təklif edən, habelə müxtəlif şirkətlərin işəgötürmə üzrə mütəxəssisləri ilə peşəkar ünsiyyəti təmin edən xüsusi platformadır.

Dialoq.info-nun məlumatına görə,”Karyera” sərgisinin məqsədi ixtisaslı namizədləri birbaşa sizin stendinizə istiqamətləndirmək və beləliklə də, mövcud iş vakansiyaları haqqında ümumi məlumat verməyinizə şərait yaratmaqdır. Burada işəgötürən şirkətlər ixtisaslı kadrları cəlb edərək seçmək və məşğulluqla təmin etmək üçün bir araya gələcəklər. Siz də onlardan biri ola bilərsiniz!

HƏDƏF NAMİZƏDLƏRİN CƏLB OLUNMASI

Biz kütləvi informasiya vasitələrində yüksək səviyyəli təşviqat kampaniyası təşkil etməklə, işə götürmək istədiyiniz ixtisaslı namizədləri cəlb edirik. Bu reklam kampaniyası passiv namizədləri, yəni fəal surətdə iş axtarmayan, lakin daha yaxşı iş yerinin ola biləcəyini düşünən təcrübəli, ixtisaslı və hazırda işləyən namizədləri də əhatə edir. Həmçinin, biz karyera qurmaq və ya öz karyerasında dəyişiklik etmək istəyən namizədləri məlumatlandırmaq üçün universitetlər, kolleclər, peşə məktəbləri, peşəkar cəmiyyətlər və kütləvi informasiya vasitələri arasında da bu tədbiri təşviq edirik.

FAYDALAR

  • Digər şirkətlərdə oxşar iş yerləri axtaran və zəngin təcrübəsi olan namizədlər;
  • İnkişaf etmək imkanı və ya tamamilə yeni fəaliyyət sahəsi axtaran və bir neçə illik iş təcrübəsinə malik olan namizədlər;
  • Biznes dünyasına qoşulmağı arzulayan yeni kollec məzunları;
  • Yarım-ştat işləyən / əmək fəaliyyətinə yenicə başlayan namizədlər.

 

İŞTİRAKÇILAR

  • Kadr şöbələri;
  • İşədüzəltmə agentlikləri;
  • Təlim və ixtisasartırma müəssisələri;
  • Kadr təminatı üzrə məsləhət agentlikləri;
  • Kadr resursları və iş vakansiyaları sahəsində ixtisaslaşan müəssisələr.

 

“Bakı Expo” Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərginin iş saatları  ↑ 
10 oktyabr 11:00 – 18:00
11 oktyabr 11:00 – 18:00
12 oktyabr 11:00 – 18:00

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.

Sərgiyə necə gəlmək olar:

“Bakı Expo” Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • “28 Маy” metro stansiyasından – N 136, 116
  • “Ulduz” metro stansiyasından – N 101, 150, 187
  • “Koroğlu” metro stansiyasından – N 100, 101, 187, 150
  • “Q.Qarayev” metro stansiyasından – N 100, 160, 171
  • “Neftçilər” metro stansiyasından – N 141

Sərgi ziyarətçiləri üçün hər saatdan bir avtobuslar hərəkət edəcəklər:

  • “N.Nərimanov” metro stansiyası – Bakı Ekspo Mərkəzi (əks istiqamət daxil olmaqla)

Avtobusların hərəkət cədvəli:

10 oktyabr 11 oktyabr 12 oktyabr

Bakı Ekspo Mərkəzinə
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00

Bakı Ekspo Mərkəzinə
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00

Bakı Ekspo Mərkəzinə
10.00
11.00
12.00
13.00
14.00
15.00
16.00

Bakı Ekspo Mərkəzindən
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00

Bakı Ekspo Mərkəzindən
12.00
13.00
14.00
15.00
16.00
17.00
18.00