RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

“8-ci ÜMUMDÜNYA FOTOGƏZİNTİ” günü

450

“8-ci ÜMUMDÜNYA FOTOGƏZİNTİ” günü

Bu,ilin sosial fotoqrafiya günüdür. Scott Kelbys’in “8-ci Beynəlxalq Foto Gəzinti”günü (8th Annual Worlwide Photo Walk Scott Kelbys) bu şənbə oktyabr 3-də baş tutacaq və biz bunu ilin ən böyük hadisələrindən biri edəcəyik.

Biz hamımız yeni dostlar qazanmaq istəyirik, yaxşı fotolar çəkmək istəyirik. Biz bu gün hamımız bir yerə gələrək, bunu şən şəkildə yerinə yetirərək böyük bir layihənin bir hissəsinə çevrilə bilərik. “Foto gəzintidə” hər bir şəxs iştirak edə bilər fotoaparatı olması mütləqdir.Yaş həddi 15+.Rayonlarda və başqa şəhərlərdə olan fotoqraflar öz yaşadıqları yerdə bu tədbiri kecirə bilərlər.Tədbirin şərtlərinə uyğun olaraq.Müsabiqədə iştirak,fotoların təqdim olunması qaydaları eynidir.

“Foto Gəzinti”-nin konsepsiyası çox sadədir.

Öz şəhərində gəzirsən.

3 saat ərzində gəzib çoxlu fotolar şəkirsən.

Əylənirsən.Ünsiyyət qurursan.

Yeni dostlar qazanırsan.

Azad şəkildə müsabiqəyə qoşulursan.

Qalib olub hədiyyə qazanırsan.

TARİX: 03.10.2015
MƏKAN: Xan bağında Nigar heykəlin qarşısında
SAAT: 17:00
Gəzintinin marşurutu: Sabir k. Xan bagi.Bayraq meydani
MÜDDƏT: 3 saat

Müsabiqəyə fotolar [email protected] ünvanına qəbul olunacaq.Müsabiqəyə təqdim olunacaq fotolar JPEG formatda ,uzun tərəfi 1500 px olmalıdır. Hər kəs müsabiqəyə 3 foto təqdim edə bilər. Müsabiqəyə fotolar 06 oktyabr tarixinə kimi təqdim olunmalıdır. Münsiflərə təqdim olunmaq üçün hazırlanacaq. Hər bir müəllif fotonun adında özü haqda məlumatı (ad,famili,fotonun adı) yerləşdirməlidir. Münsiflər lazım gəldikdə fotonun ilkin variantını tələb etmək hüququndadır. Təqdim olunan fotoların üzərində hec bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Təqdim olunmuş fotolar üzərində hec bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə(real rəng,kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir), elan olunmuş gündə çəkilmiş işlər qəbul olunur.Fotolarda əks olunmuş adamların razılığı fotoqrafın üzərinə düşür. Fotoların müəllif hüquqları qorunmaq şərti ilə fotoqrafiyanın yalnız təbliğı məqsədi ilə istifadə etmək müəlliflə razılaşdırılacaq. Fotolardan komersiya məqsədi ilə istifadə olunmayacaq.Fotolar Facebookda AFB səhvəsində yerləşdiriləcək.

MÖVZU:

Gəzintidə “arxetektura”, “şəhər mənzərəsi”, “portret” (həmkarların portreti istisna), “street” və “macro” janrlarında fotolar çəkilə bilər.Təqdim etdiyiniz fotolarla qalib ola bilərsiniz.

MÜKAFATLAR:

Hər üç qalibə (1-ci, 2-ci, 3-cü yer) dəyəri 40 avro olan və satışda olmayan foto albom və diplom

MÜNSİFLƏR:

Mirnaib Həsənoğlu
Rüfət Abbas
Sevinc Aslanova

(QALİBLƏRİN ELAN OLUNMASI TARİXİ 11.10.2015. Məkan və keçirilmə saatı barəsində əlavə məlumat veriləcək. MÜKAFATLANDIRMA MƏRASİMİ (Şirniyyat süfrəsi ətrafında. AFB tərəfindən təşkil olunacaq)

TƏŞKİLATÇI:
Azərbaycan Fotoqrafları Birliyi (AFB)
Lahiyenin Gence uzre kordinatoru Seymur Abbas (055) 280 1353
Layihənin kuratoru Səfiyar Məcnun +994707646161


Azərbaycan Fotoqrafları Birliyi
AZ1014. Bakı ş. Dilarə Əliyeva küçəsi 156 ev 11 A

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı