8 ildə Azərbaycanda 5 milyon. ağac əkilib

“Son 15 ildə Azərbaycanda yaşıllaşdırmanın miqyası 11,4 faizdən 11,8 faizə qalxıb”. Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev Milli Məclisin Aqrar siyasət, Hüququ siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, yalnız son 8 ildə 4 min hektardan artıq ərazi bərpa edilərək 5 mln. ağac əkilib: “Müəyyən hallarda ağacların kəsilməsi faktları da olur ki, nazirlik tərəfindən belə halların qarşısı dərhal alınır. Amma ümumilikdə götürsək Azərbaycanda yaşıllaşdırma çox sürətlə artır və biz bu sahədə xeyli nailiyyətlər əldə etmişik”.

Nazir müavini ölkəmizdə meşələrin qırılması ilə bağlı yazılarla əlaqədar da öz fikrini bildirib: “Çox təəssüf ki, Azərbaycanda yaşayıb lakin azərbaycanlı olmayanlar xaricə donoslar yazırlar ki, güya ölkəmizdə meşələr qırılır. Sovetlər Birliyi dövründə 150 min hekrata yaxın sovxoz meşələri olub ki, onlar 1995-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Meşə Təsərrüfatı Birliyinə verilməli idi. Lakin nədənsə hələ də meşələrin 80 min hekrata yaxını bizə verilməyib. “Meşə Məcəlləsinə” ediləcək dəyişikliyə əsasən, sahibsiz qalan meşələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcək”.

F. Əliyev əlavə edib ki, nazirlik bu ilin 9 ayı ərzində ekoloji qanunvericiliyini pozan 146 nəfəri 274.200 manat cərimələyib:”154 fakt üzrə iş hüquq mühafizə orqanlarına göndərilib, 16 iş isə məhkəməyə verilib”.

sia.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here