RESPONSIVE LEADERBOARD AD AREA
ƏSAS SƏHİFƏ

9 rayonda əmək yarmarkası keçiriləcək

477

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran vətəndaşlar üçün bu həftə daha 9 rayonda əmək yarmarkası keçirəcək. ƏƏSMN-dən Valyuta.az-a verilən məlumata görə, əmək yarmarkaları sentyabrın 9-da Göygöl, sentyabrın 10-da Şəki, Ağdam və Zaqatala, sentyabrın 11-də isə Abşeron, Bərdə, Balakən, Biləsuvar, və Lerik rayonlarında keçirilməsi planlaşdırılır. Bu aktiv məşğulluq tədbirlərində qeyd olunan rayonlardakı idarə, müəssisə və təşkilatlarda olan boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Hazırda həmin boş (vakant) iş yerləri barədə məlumatların toplanması işləri aparılır.

Yarmarkalar zamanı sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə kvota üzrə iş yerləri də təqdim ediləcək. Tədbirlərdə işsiz və işaxtaran vətəndaşlardan əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına, habelə ödənişli ictimai işlərə cəlb olunmaq istəyənlər qeydiyyata alınacaq.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı