“Abituriyent” jurnalının 1-ci sayı nəşr olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 1-ci sayında 2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna aid rəsmi və metodiki materialları təqdim edib. Hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu materiallarla diqqətlə tanış olub öz fəaliyyətini bunların tələblərinə uyğun qurmalıdır.
Jurnalda aşağıdakı materiallar əksini tapmışdır:
2015/2016 – cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları
Ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları
Hərbi liseylərə qəbul imtahanı proqramları
Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları
“Soruşun, cavab verək” rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları
Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here