“Abituriyent” jurnalının 3-cü sayı nəşr olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Abituriyent” jurnalının 3-cü sayını nəşr edib. Jurnalda 2015-2016-cı tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu qaydaları və qəbul elanı dərc olunub.

Jurnalın bu sayında həmçinin ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyentlər üçün təlimat, “Abituriyentin elektron ərizəsi”nin doldurma qaydası, onun nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı TQDK-nın binası (Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m) qarşısındakı “Abituriyent” köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here