“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr edilib

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 4-cü nömrəsini nəşr edib. Mərkəzdən verilən xəbərə görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çap edilib. Bu nömrədə həmçinin Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarma Baş Komandanlığının Jandarma və Sahil Təhlükəsizlik Akademiyasına 2018/2019-cu tədris ili üçün kursant qəbulu qaydaları və digər zəruri materiallar təqdim olunub.

Abituriyentlərin nəzərinə çatdırırıq ki, 2017-ci ilin tələbə qəbulu müsabiqəsində ali təhsil müəssisələrinin ixtisasları üzrə formalaşmış keçid balları “Abituriyent” jurnalının 2018-ci il 2-ci nömrəsində dərc edilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

* Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

* Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here