RESPONSIVE LEADERBOARD AD AREA
ELM VƏ TƏHSİL

“Abituriyent” jurnalının xüsusi buraxılışı çapdan çıxıb

23

Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak üçün ixtisas seçimi elan edib. Elanın tam mətni “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunub.

Jurnalın bu xüsusi buraxılışında, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində dərc edilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq mümkündür:

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28;

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş yolu ilə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı