RESPONSIVE LEADERBOARD AD AREA
CƏMİYYƏT

ABŞ-da 6 nəfər istidən öldü

12

ABŞ-ın müxtəlif ştatlarında anomal istilər davam edir.

“Qafqazinfo” “CBS” telekanalına istinadən xəbər verir ki, hava temperaturunun kəskin dəyişməsi nəticəsində azı altı nəfər həyatını itirib. Onlardan dördü Merilend, biri Arizona, daha biri isə Arkanzas ştatında vəfat edib.

Məlumata görə, istilər ABŞ-ın Orta Qərb və şərq sahillərində yaşayan 200 milyonadək insana təsir edə bilər.

Bazar günü bu ərazilərdə havanın temperaturu 32 dərəcədən yuxarı qalxa bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı