RESPONSIVE LEADERBOARD AD AREA
DÜNYA 2019.08.25 14:35

ABŞ-da sualtı kitabxanalar açıldı

39

ABŞ-ın Florida ştatında ilk sualtı kitabxanalar yaradılıb.

“Qafqazinfo”nun “Travel and Leisure” nəşrinə istinadən məlumatına görə, Ki-Uest adasında yerləşən iki otel ziyarətçilərinə sualtı kitabxanalardan, eləcə də sukeçirməz kitablardan yararlanmağı təklif edir.

İstirahət edənlər hovuzdan çıxmadan roman və poyemalar oxuya bilər. Bu cür kitabların səhifələrinə kokteyl töküb onları yaş etmək və ya korlamaq mümkün deyil. Qeyri-adi kitabxana əsasən klassik əsərlər təqdim edilib.

Turistlər sualtı kitabxananın “üzən” rəflərində Şekspirin “Makbet”ini, Uliyam Yeytsin şeirlərini və Mark Tvenin hekayələr kolleksiyasının sukeçirməz versiyalarını tapa bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

RESPONSIVE LEADERBOARD AD AREA
Yuxarı