ABŞ-ın rok qrupu Azərbaycanda konsert proqramları ilə çıxış edəcək

ABŞ-ın ACIDIC musiqi qrupunun Azərbaycanda səfərdədir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin  verilən məlumata görə, səfirliyin Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlığı əsasında gerçəkləşən səfər noyabrın 7-dək davam edəcək.

“ABŞ səfirliyi II Azərbaycan Elm Festivalını dəstəkləməkdən, ACIDIC qrupunun festivala töhfə verməsindən çox məmnundur. Musiqi və interaktiv kabinələrin olduğu bu kimi festivallar gənclərin elmə marağını artırır. Bununla elm geniş vüsət alır, tələbələr elm və texnologiya sahələrini öyrənməyə daha çox maraq göstərir. Bu, Azərbaycanda iqtisadiyyatın texniki və elmi sahələrdə artan tələblərinə cavab verəcək savadlı və çoxşaxəli işçi qüvvəsinin hazırlanması, eyni zamanda Azərbaycan hökumətinin prioriteti – iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsi baxımdan böyük əhəmiyyət kəsb edir”, – deyə səfirliyin məlumatında vurğulanır.

Qeyd olunur ki, festivalda səfirliyin Bakı Amerika Mərkəzində yaratdığı “Maker Space”i nümayiş etdirən kabinəsi var. Burada uşaqlar robot hazırlaya və kodlaşdırmanı öyrənə bilərlər.

Gələn həftə ACIDIC musiqi qrupu tələbələrin elmə cəlb olunması, Azərbaycanda elm və texnologiya sahələrində inkişafa töhfə vermək üçün 5 konsert proqramı ilə çıxış edəcək. Qrupun Bakı, Sumqayıt, Şəki və Gəncəyə səfəri planlaşdırılır. ACIDIC qrupunun Azərbaycandakı bütün çıxışları pulsuzdur və ictimaiyyət üçün açıqdır.

apa.az

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here